Məxfilik siyasəti
Bu sənəd Qramio mobil tətbiqinin (Android) və qramio.com saytının hansı məlumatları topladığını, nə üçün istifadə etdiyini, harada saxladığını və onları necə silə biləcəyinizi izah edir.
Məlumatlara cavabdeh şəxs: Qramio
Əlaqə: support@qramio.com
1. Qısaca
- Qramio restoranların maya dəyəri və food cost hesablaması üçündür. Topladığımız məlumatlar yalnız bu xidməti göstərmək üçün istifadə olunur.
- Reklam göstərmirik. Məlumatlarınızı satmırıq və reklam məqsədilə heç kimə ötürmürük.
- Tətbiqdə və saytda analitika və izləmə (tracking) alətləri yoxdur. Sayt cookie istifadə etmir.
- Hesabınızı və bütün məlumatlarınızı istənilən vaxt silə bilərsiniz (Hesabın silinməsi).
2. Hansı məlumatları toplayırıq
Hesab məlumatları
E-poçt ünvanı, ad və şifrə. Şifrə bizdə açıq şəkildə saxlanmır, Google Firebase Authentication tərəfindən qorunur. Google ilə daxil olsanız, Google hesabınızın e-poçtu və adı istifadə olunur.
Daxil etdiyiniz iş məlumatları
Ərzaqlar və qiymətlər, reseptlər, yeməklər və onların şəkilləri, kateqoriyalar, qaimələr və alışlar, anbar sayımları, satış məlumatları, restoranların adları və tətbiq ayarları.
Cihaz məlumatları
Hər cihaz üçün təsadüfi identifikator, cihazın modeli və adı, son giriş vaxtı. Bu, hesabınızın hansı cihazlarda açıq olduğunu görmək və cihaz limitini tətbiq etmək üçündür.
Dəstək müraciətləri
Dəstəyə yazdığınız mətn və şəkillər, həmçinin müraciətə avtomatik əlavə olunan tətbiq versiyası və cihaz modeli.
Toplamadığımız məlumatlar
Məkan (GPS), kontaktlar, mikrofon, reklam identifikatoru və ödəniş kartı məlumatlarını toplamırıq. Kamera yalnız siz qaimənin və ya yeməyin şəklini çəkəndə istifadə olunur.
3. Məlumatlar harada saxlanılır
- Telefonunuzda. İş məlumatlarınızın tam nüsxəsi telefonda saxlanılır, ona görə tətbiq internetsiz də işləyir.
- Bulud hesabında. Məlumatlar cihazlarınız arasında eyniləşmək üçün Google Firebase serverlərində (Google LLC) saxlanılır. Əlaqə şifrələnir (HTTPS/TLS). Təhlükəsizlik qaydaları elə qurulub ki, hər istifadəçi yalnız öz məlumatlarını görür.
- Ehtiyat nüsxələrdə. Məlumat itkisinə qarşı server nüsxələri ən çox 14 həftə saxlanılır.
4. Üçüncü tərəf xidmətləri
- Google Firebase (Authentication, Cloud Firestore, Cloud Storage): hesab, sinxronizasiya və dəstək müraciətləri.
- Anthropic (Claude): yalnız süni intellekt funksiyalarından istifadə etsəniz. Müvafiq şəkil və mətn emal üçün Anthropic-ə göndərilir. Bu funksiyalar istəyə bağlıdır.
- USDA FoodData Central: qida dəyəri axtarışında yalnız ərzağın adı (axtarış sözü) göndərilir.
- Cloudflare: qramio.com saytı və e-poçt ünvanlarımız Cloudflare üzərində işləyir.
Qaimələrin şəkildən mətnə çevrilməsi (OCR) telefonun özündə aparılır. Şəkil yalnız süni intellekt funksiyasını açıq şəkildə seçəndə Anthropic-ə göndərilir.
5. İstifadə məqsədi
- hesablamaları aparmaq və nəticələri göstərmək;
- məlumatları cihazlarınız arasında eyniləşdirmək və itkidən qorumaq;
- hesabı və sui-istifadəyə qarşı limitləri idarə etmək;
- dəstək müraciətlərinə cavab vermək.
6. Saxlama müddəti və silinmə
Məlumatlar hesabınız aktiv olduğu müddətdə saxlanılır. Hesabı tətbiqdə Ayarlar → Hesab → Hesabı sil ilə özünüz dərhal silə bilərsiniz. E-poçt ilə müraciət 30 gün ərzində icra olunur. Ehtiyat nüsxələrdən məlumatlar ən gec 14 həftə ərzində yox olur. Telefondakı nüsxə tətbiqi silməklə silinir.
7. Hüquqlarınız
Məlumatlarınıza baxmaq, onları düzəltmək, ixrac etmək və silmək hüququnuz var. Tətbiqdə istənilən vaxt ehtiyat nüsxə və Excel ixracı götürə bilərsiniz. Digər müraciətlər üçün support@qramio.com.
8. Uşaqlar
Qramio biznes tətbiqidir və 16 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb.
9. Dəyişikliklər
Siyasət dəyişərsə, yeni versiya bu səhifədə yeni tarixlə dərc olunur. Əhəmiyyətli dəyişikliklər barədə tətbiqdə xəbər verilir.